lider-media.az

Tarixi Zəfər, Qalib ölkə

Baxış: 318 Tarix: 11-10-2024, 08:57

Müasir müharibə yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o həmçinin diplomatiya, iqtisadi, informasiya və təbliğat sahəsində də davam edir. 44 günlük Vətən Müharibəsi də bütün bu amilləri özündə birləşdirdi və Azərbaycan hər sahədə düşmənə "qan uddurdu".Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezient İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur.

Prezident İlham Əliyev informasiya müharibəsini hakimiyyətə gələn ilk gündən aparır:"Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarıma baxmaq kifayətdir. Son 21 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım”. Bəli, bu müraciətlər qələbənin təməl daşları idi. Biz bu gün qələbə qazanmış xalqıq, Qarabağ bu gün əsl sahiblərinin nəzarətindədir. Qarabağı bizə qaytaran Ordu, Ali Baş Komandan, xalq üçlüyü oldu. Azərbaycana qarşı müharibə təkcə səngərdə deyil, digər sahələrdə də aparılır. Bu gün hərbi əməliyyatlar başa çatsa da, diplomatik və informasiya müharibəsi davam edir. Bu gün də Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər və jurnalistlər informasiya müharibəsində çox fəaldırlar və bu hər zaman belə olmalıdır. Vətən müharibəsi bitsə də, informasiya müharibəsi davam edir və hər zaman davam edəcək. Ali Baş Komandanın "Biz birlikdə güclüyük" sözlərini rəhbər tutan Azərbaycan xalqı bundan sonra da hər cəbhədə güclü olmalı və ölkəmizi sevməyən qüvvələrə qarşı bir olmalıdır.

 Cənab Ilham Əliyev çıxışlarında bildirirdi ki, əgər bu problem sülh yolu ilə həll olunmasa, onun başqa həll yolu var, o da müharibə yoludur. Ölkə Prezidenti bəyan edirdi ki, bir qarış torpaq da işğal altında qalmayacaq, bütün torpaqlar azad olunacaq. Cənab Prezident İlham Əliyev 44 gündə bəzi dövlətlərin və beynəlxalq təşkilatların 28 ildə həll edə bilmədiklərini və həll etmək istəmədiklərini, məhz əks-hücum əmri verərək müharibə yolu ilə təkbaşına özü həll etdi. Ermənilərin təxribatına cavab olaraq əks-hücum əmrini verərək tarixi ədaləti bərpa etdi,  problemi başqa yolla, özü həll etdi. Dünya hərb tarixində görünməyən əməliyyatların müəllifi elə özü oldu. Cənab Prezidentin 21 il ərzində əldə etdiyi nailiyyətlərdən biri də məhz 200 ildən çox ermənilərin formalaşdırdığı erməni hərbi mifini yer üzündən silib zibilxanaya atması oldu. 44 gündə ermənilərin 28 il işğal altında saxladıqları torpaqları azad edərək qurduqları istehkamları darmadağın etdi və dünya hərbi ekspertlərini mat qoydu. Xüsusən, Şuşa əməliyyatının sirlərini dünyanın hərbi ekspertləri hələ də aça bilmirlər. Bəli, digər sahələrdə olduğu kimi, hərbi sahədə də dünya üçün yeni, analoqu olmayan nümunələr təqdim etdi.

Ölkəmizin  əzmli qələbəsi dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarının hər bir qarışı üçün dünyanın istənilən gücü ilə mübarizə aparmağa hazırdır. Müharibə dönəmində xalq ilə dövlətin ayrılmaz birliyi, vətəndaşların bir-biriləri arasında doğmalığı bu qələbənin əsas müjdəsi idi. İndi dünyanın istənilən nöqtəsində "Azərbaycan xalqı” ifadəsi deyiləndə ağıla ilk olaraq əzm, birlik, qəhrəmanlıq gəlir desək, yanılmarıq. Biz bu statusu Ordumuzun gücü, Ali Baş Komandanın əzmkar iradəsi və xalqımızın inamı sayəsində öz gücümüzə qazanmışıq. Bu tarixi qələbənin qazanılmasında hər kəsin öz payı var. Müharibə dönəmində jurnalistlərdən tutmuş sosial şəbəkədən istifadən edən vətəndaşa qədər informasiya müharibəsində də Ermənistanın dezinformasiyalarına qarşı mübarizə apardı. Yalan məlumatlarla dünyanın diqqətini fərqli istiqamətlərə yönəltmək istəyən Ermənistan dövlətinin və cəmiyyətinin atıdığı bu cür addımlara Azərbaycan faktlarla cavab verdi. Döyüş meydanında düşmənin dizini yerə gətirən Ordumuz və arxa cəbhədə xalq bu qələbənin vəhtətini təşkil etdi.

  44 günlük Vətən müharibəsi dönəmində müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya çatdırılmasında Azərbaycan Prezidenti gecə-gündüz qətiyyətlə, yorulmadan, əzmlə çalışırdı.Prezident bu müddət ərzində xarici KİV-ə 30-dan çox müsahibə verdi.Onu da xüsusi vurğulamaq lazımdır ki,  heç bir dövlət başçısı bu qədər aparıcı KİV-in maraq dairəsində düşməyib. Bu müsahibələr, faktların ortaya qoyulması, hətta bəzən Ermənistanın maraqlarına xidmət edən sualların ünvanlanması zamanı Cənab Prezidentin siyasi uzaqgörənliyi sayəsində verdiyi məntiqlə, yalnız həqiqətə söykənən dolğun cavablar onların susdurulmasına səbəb oldu. Cənab Prezident Ali Baş Komandan kimi, eyni zamanda dövlət başçısı kimi bir neçə dildə bütün auditoriyanı, bütün qitələri tam şəkildə əhatə edən müsahibələr verirdi. İngilisdilli auditoriya üçün ingilis dilində, türkdilli auditoriya üçün türk dilində, MDB məkanı üçün rus dilində, yerli mətbuat üçün də öz dilimizdə çox ciddi, istər tarixi hadisələrlə bağlı, istər hərbi məsələlərdə gedən proseslərlə bağlı tam şəkildə və dürüst açıqlamalar və müsahibələr verirdi. Digər məsələ onda ibarədir ki, bir sıra xarici KİV, hətta ermənilərin havadarları olan dövlətlərin təmsilçiləri çalışırdılar ki, fikirləri başqa istiqamətlərə yönəltsinlər. Lakin Cənab Prezident çox dürüst şəkildə və faktlarla bunun da qarşısını almağa nail oldu. Müharibə təkcə səngərlərdə getmirdi, qələbənin əsas meyarlarından biri də informasiya müharibəsidir. Azərbaycan xalqı Prezidentin "twitter" səhifəsini daim izləyir və paylaşım gözləyirdi. Bu, dünyada analoqu olmayan məsələdir. Qələbənin qazanılmasının başında Ali Baş Komandanın apardığı siyasət, qətiyyət, rəşadətli Azərbaycan Ordusu və Azərbaycan xalqı durdu.Prezident İlham Əliyev bildirmişdi ki, müharibə vaxtı 44 gün ərzində verdiyi müsahibələrə  ehtiyac var idi. Həqiqəti və ədalətli mövqeyimizi dünyaya çatdırmaq üçün hər gün  bəyanatlar verirdi.Həmin  müraciətlərinvə mesajların ümumi qələbəmizdə böyük rolu olmuşdur.

Soçidə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş və yekunda imzalanan bəyanat diplomatiya sahəsində uğurlarda ən mühüm hadisəoldu.Ermənistan rəhbərliyi bundan əvvəlki təşəbbüsə müxtəlif bəhanələr gətirməklə “yox” deyə bilsə də, sonadək müqavimət göstərə bilmədi, nəhayət, Azərbaycanın maraqlarını özündə ehtiva edən daha bir sənəd imzalandı. Ermənistanda qurulmuş etirazlar tamaşası, yaxud revanşistlərin prosesi pozmaq cəhdləri də iflasa uğradı.Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya liderinin imzaladığı bəyanatda hərbi əməliyyatların dayandırılması haqda 2020-ci il 9 noyabr tarixli, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli sənədə istinad olunması, həmin müddəaların icrasının gedişinin müzakirə olunması da rəsmi Bakının mövqelərinin üstün olduğunu bir daha təsdiqlədi. Azərbaycan rəhbərliyi birmənalı olaraq Ermənistanı götürdüyü öhdəliklərə əməl etməyə çağırır, əks təqdirdə, cəzasının ağır olacağını xatırladırdı. Bu səbəbdən son bəyanatda “Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”, müddəasının yer alması da ölkəmizin maraqlarına tam şəkildə cavab verir. Azərbaycan dövləti hərbi əməliyyatların dayandırılmasından sonra delimitasiya və demarkasiya ilə bağlı mövqeyini müxtəlif səviyyələrdə çatdırıb, ərazi bütövlüyünün tanınması, sərhəd bütövlüyümüzün toxunulmazlığı halında sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Bu iradənin yekun sənəddə də əksini tapması, son aylaradək delimitasiya və demarkasiya mövzusunda həvəsli görünməyən vasitəçi dövlətin belə, artıq Azərbaycanın mövqeyini bölüşməsi kifayət qədər böyük uğurdur. Bundan əlavə, dəhlizlərin açılması barədə razılaşma Zəngəzur dəhlizinin açılmasının, sadəcə, zamana bağlı məsələ olduğunu deməyə əminlik yaradır. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə liderləri Aşqabaddakı toplantıda Zəngəzur dəhlizinin önəmindən bəhs etdilər. Prezident Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri Zəngəzur dəhlizinin imkanlarından yararlanmağa dəvət etməsi isə prosesin geridönməz xarakter aldığını deməyə əsas verir. Bununla yanaşı, Soçi bəyanatında nə Minsk Qrupu, nə Dağlıq Qarabağ ifadəsi, nə də hansısa “hərbi əsirlər” kimi yarlıqlara yer ayrılmaması diplomatiyamızın növbəti zəfəridir.Azərbaycanın Ermənistan üzərində Qələbəsi və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsindən ötən bir il ölkəmizin diplomatiya sahəsində də uğurlarıyla müşayiət olundu. Bu sırada 11 yanvar Moskva görüşü, Azərbaycan və Türkiyənin Şuşa Bəyannaməsi, Azərbaycan-Türkiyə və Pakistan parlamentlərinin Bakı Bəyannaməsi ən əhəmiyyətli siyasi hadisələr kimi qiymətləndirilir. 2020-ci il noyabrın 26-da Soçidə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş və yekunda imzalanan bəyanat göstərdi ki, post-müharibə dövrünün ikinci ili də Azərbaycanın siyasi müstəvidə zəfərləri ilə başlayıb və belə də davam edəcək.

 Eyni zamanda, Azərbaycan Prezidenti hər zaman hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasət həyata keçirərək Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti və bunun bütün region üçün yaratdığı ciddi təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bununla yanaşı, Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün konkret faktlarla təcavüzkarı ifşa etdi.Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə, son 19 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Nəticədə, bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi xalqımıza böyük sevinc yaşatdı. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi