lider-media.az

Azərbaycan Limada keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub

Baxış: 258 Tarix: 11-10-2024, 07:35

Azərbaycan Perunun paytaxtı Lima şəhərində keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub.

Lider-media.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb. Tədbirdə otuzdan çox ölkənin səfirlikləri, eləcə də təhsil və mədəniyyət mərkəzləri iştirak ediblər. Sərgidə Azərbaycanın zəngin mədəniyyəti və turizm potensialı nümayiş etdirilib.

Sərginin açılış mərasimi Ümumdünya Turizm Günü çərçivəsində keçirilib və tədbirdə Perunun xarici ticarət və turizm naziri, inkişaf və sosial inteqrasiya naziri, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycan stendi sərgidə böyük maraqla qarşılanıb. Burada ölkəmiz haqqında, həmçinin Formula 1 Azərbaycan Qran-Prisi və noyabrda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirlər haqqında məlumat təqdim olunub. Azərbaycanın turistik məkanları, ölkəmizin turizm potensialı, Qız qalası, Şuşa qalası və digər mühüm tarixi abidələr haqqında məlumatlar verilib. Milli məhsullar, o cümlədən Azərbaycan çayı, şərabları və xalçaçılıq sənəti nümunələri də ziyarətçilərə təqdim edilib.

Üç gün ərzində sərgiyə 60 mindən çox qonaq qatılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi