lider-media.az

Nazir Muxtar Babayev: COP29 Paris sazişi üçün həlledici sınaq olacaq

Baxış: 309 Tarix: 10-10-2024, 15:36

COP29 həm Paris sazişi, həm də çoxtərəflilik üçün həlledici sınaq olacaq.
Lider-Media.az xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29açılışında deyib.

Onun sözlərinə görə, Azərbaycan sədrliyi COP29-un inklüziv, şəffaf və qərəzsiz keçirilməsinə sadiqdir.
M.Babayev vurğulayıb ki, Azərbaycan COP29-un ev sahibi seçildiyi vaxtdan bəri çoxsaylı görüşlər təşkil edib və burada sözlərdən hərəkətə keçmənin vacibliyi vurğulanıb:"İl ərzində COP29 sədrliyi hər kəsin problemlərini, narahatlıqlarını və prioritetlərini dinləyib. COP28-dən sonrakı ilk altı ay ərzində ekstremal hava şəraitinin iqtisadi nəticələri 41 milyard dollara çatıb. Cənub-Şərqi Asiyada "Yaqi" tayfunundan tutmuş ABŞ-da "Milton" qasırğasına qədər hər kəs əziyyət çəkir. Hesab edirik ki, COP29 sədrliyinin ambisiyaları artırmaq və fəaliyyəti gücləndirməyə yönəlmiş baxışı ilə geniş razılıq mövcuddur. Biz həmçinin rəsmi prosesə əlavə olaraq COP29 Fəaliyyət Proqramını da başlatdıq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi