Məktubda qeyd olunur ki, COP29 kimi mötəbər tədbir bir fürsət kimi istifadə edilib. İnsan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan ABŞ öz ölkəsində insan hüquqlarının boğulan səsindən niyə danışmır?
ABŞ-ın siyasi məhbusu Culian Assanja illərlə qeyri-insani işgəncələr verilib. Azərbaycanı siyasi məhbuslarla bağlı ittiham edən ABŞ hökuməti özü söz və məlumat azadlığına hücum edərək jurnalist Culian Assanjın bir sıra absurd ittihamlarla həbsinə nail olub. İsveçdə həbs olunan Assanjın ABŞ-a ekstradisiya olunmasına cəhd göstərilib. Assanj 2012-2019-cu illərdə Ekvador səfirliyində təcrid şəraitində yaşamaq məcburiyyətində qalıb. Onun fiziki və psixoloji sağlamlığına ciddi ziyan vurulub. Beynəlxalq hüquq müdafiəçiləri bu təcrid şəraitini qeyri-insani hesab edirlər və ona "psixoloji işgəncə" verilib. ABŞ Assanjı "Casusluq Aktı" ilə ittiham edir və onu 175 ilədək həbs cəzası gözləyir. Bu cəza həddinin çox ağır olduğu və məxfi məlumatları ictimaiyyətə açıqlamaq üçün bu qədər sərt bir cəza verilməsinin ədalətsiz olduğu bildirilir. Bir çox insan haqları və jurnalist təşkilatları bu ittihamların söz azadlığını boğmağa xidmət etdiyini bildirir. BMT, Avropa Şurası Assanjı siyasi məhbus kimi tanıyır. İnsan hüquqlarını kobud şəkildə pozan və azad mətbuatı susduran ABŞ okeanın o tayında yerləşən ölkələrin daxili işinə qarışır, müharibə cinayətkarlarının, soyqırımı törədənlərin, etnik təmizləmə aparanların, insanlığa zidd olan əməllər törədən canilərin azad edilməsinə çağırışmı edir?
Qarabağ məsələsi çoxdan həll edilib, bu məsələdə heç bir işə yaramayan, fəaliyyətsiz ATƏT-in Minsk qrupunun qalıqlarından biri olan ABŞ isə regionda qalmaq üçün ən çirkin iftiralara əl atır. Vətən müharibəsindən sonra Paşinyan hesab etdi ki, Ermənistana yeni havadar qüvvə lazımdı və ona görə də regiondan qovulan Minsk qrupunun üzvləri - Fransa və ABŞ-ı fərqli ampluada regiona qaytarmaq istəyir. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycana heç kəs heç nəyi diktə edə bilməz. Azərbaycan xalqı öz siyasi liderinin ətrafında bir yumruq kimi birləşib və müzəffər rəhbərinə arxalanır. Ölkəmiz tarixin bütün sınaqlarından üzüağ çıxdığı kimi, bu gün də Qərb dairələrini lazımi şəkildə susdurmağı bacarır.
Biz VII çağırış Milli Məclisin 43 deputatı ilə birgə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova müraciət edib ABŞ-la ölkəmiz arasında münasibətləri yenidən nəzərdən keçirməyi xahiş etmişik. Dövlətimiz öz gücünə hər sahədə irəliləyiş əldə edə biləcək potensiala malikdir və bizim ABŞ-ın yardım və ya dəstəyinə ehtiyacımız yoxdur.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyevin andiçmə mərasimi keçirilib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib Prezident İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb