lider-media.az

Lukaşenko: Minsk Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir müraciət almayıb

Baxış: 365 Tarix: 25-02-2024, 13:02

Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir müraciət almayıb.

AZƏRTAC xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus lideri Ermənistana inteqrasiya strukturlarını tərk etməyə tələsməməyi tövsiyə edib. Lukaşenko hesab edir ki, Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurmaq barədə emosional açıqlama verib.

“KTMT-də olmaq istəməsələr belə, o çökməyəcək, dağılmayacaq”, – Belarus lideri söyləyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə “France 24” telekanalına müsahibəsində ölkəsinin KTMT-də iştirakını dayandırdığını deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi