lider-media.az

BMT: 2023-cü ilin quraqlığı dünya çaylarının 50 faizinin dayazlaşmasına səbəb olub

Baxış: 249 Tarix: 8-10-2024, 06:03

Missisipi və Amazon çayları 2023-cü ildə rekord həddə dayazlaşıb. Lider-media.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının ekspertləri bildiriblər və müvafiq sənəd qurumun saytında yerləşdirilib.

Ötən il anomal quraqlıq nəticəsində Şimali, Mərkəzi və Cənubi Amerikanın bir çox regionunda çayların axını azalıb. 2023-cü ilin hava şəraiti 33 illik müşahidələr zamanı dünya çaylarının vəziyyətinə ən güclü təsir göstərib.

Uzun müddət davam edən istilər Qanq, Brahmaputra və Mekonq çaylarının hövzələrində suyun səviyyəsinə təsir edib - o, orta səviyyədən aşağı düşüb. Ümumilikdə istilik bütün suaşıran hövzələrinin 50 faizinə təsir edib, onların əksəriyyəti su ehtiyatlarının çatışmazlığı ilə üzləşib. Bu da kənd təsərrüfatı və sənayeyə mənfi təsir göstərib.

2023-cü ilin yüksək temperaturları buzlaqların son 50 ilin ən güclü əriməsinə və 600 giqaton su itkisinə səbəb olub. Nəticədə bir sıra Avropa və Skandinaviya çaylarının sululuğu artıb. Sonradan onların axını əhəmiyyətli dərəcədə azalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi