lider-media.az

“Çin çıxan yuxular” adlı sənədli filmin təqdimatı

Baxış: 407 Tarix: 7-10-2024, 14:23

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Yurd həsrəti” layihəsi çərçivəsində çəkilmiş “Çin çıxan yuxular” adlı sənədli filmin təqdimatı olub. Filmdə işğaldan azad edilmiş Kəlbəcər rayonuna qayıdışla bağlı sakinlərin arzu və istəklərindən bəhs edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti nəticəsində Kəlbəcər rayonunun bir güllə belə atılmadan Azərbaycana qaytarıldığını xatırladan Dövlət Komitəsinin sədri Rövşən Rzayev ötən dörd il ərzində burada genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını bildirib. Məcburi köçkünlük dövründə dövlətin qayğısı ilə əhatə olunan kəlbəcərlilərin Böyük Qayıdışa hazırlaşdığı, tezliklə doğma yurda qayıdışın başlanacağı diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da onlara hər zaman diqqət və qayğı göstərdiyi vurğulanıb. Komitə sədri işğal nəticəsində dağıdılmış yurd yerlərimizin tarixi keçmişini, orada yaşamış insanların həyat hekayətini və böyük zəfərin açdığı yeni imkanları işıqlandıran yaradıcılıq işlərinin əhəmiyyətli olduğunu, keçmiş məcburi köçkünlərin Böyük Qayıdışa təşviqində mühüm rol oynadığını qeyd edib, sənədli filmin müəlliflərinə təşəkkür bildirib. İctimai Birliyin sədri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Bəsti Nəsibova layihə haqqında ətraflı məlumat verib, sənədli filmin Böyük Qayıdışa dəstək məqsədilə çəkildiyini, uzun illər yurd həsrəti çəkmiş insanların sevincini, geri dönüb ata-baba torpaqlarının dirçəldilməsində fəal iştirak etmək əzmini göstərdiyini deyib. Təqdimatda videoçarxın ərsəyə gəlməsində iştirak edən yaradıcı heyət, Dövlət Komitəsi rəsmiləri, İctimai Şura üzvləri və digər qonaqlar iştirak ediblər.

 

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi