lider-media.az

“Azal”-ın xüsusi endirimləri

Baxış: 382 Tarix: 7-10-2024, 12:54

Gələn ayın 11-22-i tarixləri arasında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ölkəyə səfər edəcək şəxslərə “Azərbaycan Hava Yolları” (AZAL) xüsusi endirimlər təklif edir.Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.Kampaniya çərçivəsində COP29 ərəfəsində Bakıya səfər etmək niyyətində olan şəxslər AZAL-ın biznes, premium ekonom və ekonom siniflərindən olan aviabiletlərini 10% endirimlə əldə edə biləcəklər.Endirimdən yararlanmaq istəyənlər AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabilet alışı zamanı "VISITCOP29" promokodundan istifadə etməlidirlər.  Güzəştlərdən AZAL-ın bütün beynəlxalq müntəzəm reysləri üzrə səyahət edən və yaşı 18-dən yuxarı olan şəxslər yararlana bilərlər. Endirimli aviabiletləri noyabrın 8-dək əldə etmək mümkündür.

Güzəştli aviabiletlər yalnız bu ilin 1 noyabr – 1 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi