lider-media.az

Ziya Hacılı: “Azərbaycanda Gömrük Forumu keçiriləcək”

Baxış: 345 Tarix: 7-10-2024, 11:54

"Azərbaycanda 27 milyard manat təşkil edən ümumi kredit portfelinin 4 milyard manatı və ya 14 %-i ticarət sektorunun payına düşür. Odur ki, bu sahə əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət kəsb edir". 

Lider-media.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda deyib. 

Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması istiqamətində böyük işlər görülüb. O, bu ilin dekabrında Azərbaycanda Gömrük Forumunun keçiriləcəyini açıqlayıb. 

Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə keçirilən forumda idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyət və imkanlar, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə ediləcək. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi