Növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb
Oktyabrın 3-də keçirilən hərracda satılmış nəqliyyat vasitələrinə 72 sifariş qeydə alınıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb. Nəqliyyat vasitələrinin bəziləri rəqabətli olaraq satılıb. Belə ki, start qiyməti 15.900 manat olan “Kia Sportage” markalı avtomobil 18.300 manata, 15.000 manat olan “Hyundai Azera” markalı nəqliyyat vasitəsi isə 17.000 manata satılıb.
Cari ay üzrə keçiriləcək 8 və 16 oktyabr tarixli növbəti hərraclarda səhmdar cəmiyyətlərinin səhm paketi, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi, torpaq sahəsi və əmlak kompleksi çıxarılacaq. Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.
Lider-Media.az