lider-media.az

Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların əməkdaşları Elm-Tədris Mərkəzində təşkil edilmiş təlimdə iştirak ediblər

Baxış: 317 Tarix: 24-02-2024, 18:29

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin 20 – 22 fevral tarixlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən daxili işlər, gömrük, sərhəd orqanlarının və digər qurumların əməkdaşları üçün “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri və aktual problemləri” mövzusunda təlim təşkil edilib.

Tədris tədbirinə təlimçi qismində Baş Prokurorluğun, Daxili İşlər Nazirliyi Polis Akademiyasının və Dövlət Gömrük Komitəsi Akademiyasının müvafiq sahədə nəzəri və praktiki biliklərə malik təcrübəli işçiləri cəlb edilib. 

İştirakçılara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin taktiki xüsusiyyətləri, bu qəbildən olan cinayətlər üzrə istifadə edilən müasir informasiya texnologiyaları və kriminalistik vasitələr, yol verilən nöqsanlar və onların ibtidai araşdırma üzrə sübutetməyə təsiri, habelə əməliyyat-axtarış fəaliyyətinə prokuror və məhkəmə nəzarəti eləcə də, digər praktiki əhəmiyyət kəsb edən aktual mövzular tədris edilib.

Mühazirə, təqdimat, təcrübə mübadiləsi və sair formada həyata keçirilmiş təlim çərçivəsində iştirakçıları maraqlandırılan suallar ətraflı cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi