lider-media.az

Sumru Yavrucuk Bakıda

Baxış: 1 029 Tarix: 6-10-2024, 18:18

 


Bakıda Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucukun “Shirley Valentine” adlı monotamaşası baş tutub.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutan gecə “Caspian Media Holding”in təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

İkipərdəli monotamaşanı seyr etməyə gələnlər sırasında Mədəniyyət Nazirliyinin nümayəndələri, iş adamları, Xalq artistləri, Əməkdar artistlər, bir sıra nüfuzlu şirkətin nümayəndələri yer alıb.

Sumru Yavrucuk teatrsevərlərə unudulmaz anlar yaşadıb. Tamaşa zamanı Xalq artisti Brilliant Dadaşovanın ifasında məşhurlaşan Eldar Mansurovun “Bayatılar” mahnısına da yer verilib.

Alqışlarla qarşılanan və gül yağışına tutulan S.Yavrucuk media nümayəndələri ilə də həmsöhbət olub. 

Gündəlik həyatının darıxdırıcılığında itib-batan və bir çox qadınlar kimi yuxularını belə unudan Şörli Valentaynın hekayəsi tamaşaçıları həm güldürüb, həm də düşündürüb.

Anşlaqla keçən tamaşada Yavrucuk dəqiqələrlə ayaqda alqışlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi