lider-media.az

“Mənim Ulu Öndərim” adlı tədbir keçirilib

Baxış: 569 Tarix: 3-10-2024, 20:24

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ildönümünə həsr olunmuş “Mənim Ulu Öndərim” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə əvvəlcə dahi rəhbər Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edənlər Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, onun dövlətçilik ideyalarının qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıblar. Ulu Öndərin siyasi irsinin gənc nəslə ötürülməsi və müasir Azərbaycanın inkişafında oynadığı əvəzsiz rol xüsusi vurğulanıb.

Qeyd olunub ki, onun müdrik siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sayəsində ölkəmizin inkişafı durmadan artır, Azərbaycan dünyada aparıcı ölkələrdən birinə çevrilir.

Tədbirdə bədii kompozisiyalar və musiqi nömrələri təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi