Strateji və coğrafi cəhətdən əlverişli ərazidə yerləşən, Şərqlə Qərbi birləşdirən, mühüm tarixi ticarət yollarının keçdiyi, zəngin resurslara malik Azərbaycan tarixən işğalçıların hücumlarına məruz qalmış, talan edilmiş, dəfələrlə parçalanmışdır. Lakin elə bir gün gəldi ki, Azərbaycana da günəş doğdu, qaranlıq səmasından qara buludlar dağıldı. O günəş ki, parlaq işıqları ilə xalqımızın ümidinə çevrildi. O günəş Azərbaycanın xilaskarı - Ümummilli Lider Heydər Əliyev idi.
Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynayan - ölkəmizi 1990-cı illərin əvvəllərində siyasi xaos və qeyri-sabitlikdən çıxaran milli xilaskarımızdır. 1993-cü il oktyabrın 3-də dahi şəxsiyyət Heydər Əliyevin Prezident seçilməsi ölkədə ictimai asayişin bərpası, siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunması ilə tarixdə qaldı. Ulu Öndər hadisələrə praqmatik yanaşan, Azərbaycanın taleyini düzgün qiymətləndirən və uzunmüddətli uğurlu qərarlar qəbul edən siyasi lider idi.
Ümummilli lider Azərbaycanın milli ideologiyasını - azərbaycançılıq məfkurəsinin əsasını qoymuşdur. Bu ideologiya təkcə ölkə daxilində deyil, həm də dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən milli məfkurədir. Ulu Öndər milli-mənəvi dəyərlərə xüsusi önəm verən, dövlət müstəqilliyinin qorunması və gücləndirilməsi uğrunda mübarizə aparan dahi lider idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin möhkəmləndirilməsi yolunda böyük işlər görmüşdür.
Ulu Öndərin uğurlu diplomatiyası sayəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənmişdir. O, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmış, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün ciddi səy göstərmişdir. Heydər Əliyevin diplomatik uğurları Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmiş və ölkənin nüfuzunu artırmışdır.
Əzmkar və qətiyyətli lider neft strategiyasının həyata keçirilməsində mühüm rol oynamış, ölkəyə böyük investisiya axınını stimullaşdırmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemdəki yerini müəyyənləşdirmişdir. Onun neft strategiyası sayəsində 30 il öncə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın enerji sektorunda mühüm nailiyyətlərə səbəb olmuş, iqtisadi inkişafının əsas dayağına çevrilmişdir. Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycanın müasir hüquqi və demokratik dövlət kimi qurulmasında və inkişafında əvəzsiz xidmət göstərmişdir. Onun rəhbərliyi ilə Konstitusiya qəbul edilmiş, vətəndaş hüquq və azadlıqları təmin olunmuş, demokratik islahatlar həyata keçirilmişdir. O, ölkəni iqtisadi tərəqqi yoluna çıxarmış, dayanıqlı inkişaf modeli yaratmış və Azərbaycanın strateji maraqlarını beynəlxalq səviyyədə müdafiə etmişdir.
Ulu Öndərin yürütdüyü uğurlu siyasəti cənab Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Bu gün Azərbaycan xalqı liderinə inanır və arxalanır, çünki 30 il sonra ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan milyonlarla azərbaycanlını öz doğma ata-baba yurduna qaytardı, ölkəmizin qanayan yarası - Qarabağ işğaldan azad edildi, həsrətə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi cənab İlham Əliyevin uğurlu hərbi və siyasi rəhbərliyi ilə bərpa edildi. Azərbaycan xalqı liderinin ətrafında bir yumruq kimi birləşdi. Ulu Öndərin varisi, dünya hərb tarixinə torpaqları geri qaytaran lider kimi adını yazdırmış cənab Prezident İlham Əliyev Azərbaycan xalqının dayağı və güvənidir.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb