lider-media.az

Bu gün ilin son Günəş tutulması baş verəcək

Baxış: 328 Tarix: 2-10-2024, 15:06

Bu gün 2024-cü ilin son tutulma hadisəsi baş verəcək.

Bu barədə Lider-media.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu tutulma halqalı Günəş tutulması olacaq. Halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.

Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edəcək. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olacaq. Bakı vaxtı ilə saat 19:42 başlayıb saat 01:47-də bitəcək tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.

Qeyd edək ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi