lider-media.az

Valensiyada yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Baxış: 402 Tarix: 24-02-2024, 12:32


Valensiyada yaşayış kompleksində baş verən yanğın nəticəsində həlak olanların sayı 10 nəfərə, yaralananların sayı isə 14 nəfərə çatıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, hakimiyyət orqanları yanğının şiddətlənməsinə binanın tezalışan poliuretan üzlüyünün səbəb olduğunu bildiriblər.

Hadisə yerinə gələn Baş nazir Pedro Sançes yanğınsöndürənlərə və yanğının söndürülməsində əməyi keçən hərbçilərə təşəkkür edib. O, həmçinin zərərçəkənlərə hər cür dəstək göstəriləcəyinə vəd verib.

Valensiya regional hökuməti hadisə ilə əlaqədar üç günlük matəm elan edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi