lider-media.az

Azərbaycan Bilyard Federasiyası uğurlarına davam edir

Baxış: 382 Tarix: 30-09-2024, 15:54

Azərbaycan Bilyard Federasiyası uğurlarına davam edir və yeni nailiyyətlərə imza atır.

Bu barədə Lider-media.az-a Federasiyadan məlumat verilib.

Bildirilib ki, bu dəfə idmançımız Orxan Qubadov AJARA CUP 2024 turnirində böyük uğur qazanaraq bürünc medala layiq görülüb. Bu, Gənclər və İdman Nazirliyin göstərdiyi dəstək və idmançılarımızın əzmkarlığının növbəti göstəricisidir. Orxan Qubadovu bu möhtəşəm uğuru münasibətilə təbrik edir, ona gələcəkdə daha böyük zəfərlər qazanmağı arzulayırıq. Azərbaycan bilyardçıları dünya arenalarında öz güclərini sübut etməkdə davam edirlər. Bu nailiyyətlər federasiyamızın peşəkar yanaşması və idmançılarımızın səylərinin nəticəsidir. Federasiya olaraq, gələcək turnirlərdə də idmançılarımıza uğurlar arzu edirik. Azərbaycanın bilyard idmanının bayrağını daha yüksək zirvələrdə dalğalandırmağa davam edəcəyik!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi