lider-media.az

Azərbaycan Prezidenti: Ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri bir ailə kimi yaşamışlar

Tarix: 30-09-2024, 14:35

 

Şərqlə Qərbin qovuşuğunda körpü rolunu oynayan Azərbaycan uzun əsrlərdən bəri xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğu və etnik-mədəni rəngarəngliyin, yüksək multikultural dəyərlərin qorunub saxlandığı nadir məkanlardandır. Burada tarix boyu ən müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri ayrı-seçkiliyə məruz qalmadan həmişə sülh, mehriban qonşuluq, qarşılıqlı etimad və hörmət şəraitində bir ailə kimi yaşamışlar.

Lider-media.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin yəhudi xalqının milli yeni il bayramı – Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün də nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü ölkəmizdə etnik və dini azlıqların, o cümlədən yəhudi icmasının öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanaraq adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaları üçün geniş imkanlar mövcuddur.

“Xüsusi vurğulamaq istəyirəm ki, cəmiyyətimizin ayrılmaz hissəsi və bərabərhüquqlu üzvü olaraq yəhudiəsilli vətəndaşlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işinə töhfələr verir, hazırda böyük tərəqqi və sürətli inkişaf mərhələsini yaşayan respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edirlər”, - deyə Prezident İlham Əliyev bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi