lider-media.az

Azərbaycan Dövlətinin gücünün növbəti sübutu - “ADEX-2024”

Baxış: 399 Tarix: 26-09-2024, 22:44

 


“ADEX-2024” kimi sərgilərin çox böyük əhəmiyyəti var. Bu Azərbaycan dövlətinin, ordusunun gücünü, həmçinin yeni istehsal etdiyi silahları nümayiş etdirir. Həm də beynəlxalq aləmdə nüfuzumuzu artırır”. 

Bunu Lider-media.az-a verdiyi açıqlamada hərbi ekspert Emin Həsənli bildirib. 

Onun sözlərinə görə, hərbi əməkdaşlıq olduqca önəmlidir. Hər zaman dövlətlər üçün güclü ordu və onun silah sursatı ən önəmli faktorlardan biridir. 

“Əgər müstəqil dövlət olmaq istəyirsənsə,  sənin güclü iqtisadiyyatın və ordun olmalıdır. Ona görə də Azərbaycan dövləti ordu quruculuğuna və onun müasir silah sursatla təmin edilməsinə xüsusi önəm verir və özü də silah istehsal edir. Dünyanın aparıcı silah şirkətləri və ölkələri ilə əməkdaşlıq edir. Və bunun nəticəsində də müasir, günün tələblərinə cavab verən silahlar Azərbaycan Ordusu üçün alınır. Eyni zamanda Azərbaycan Dövləti özü də silah istehsal edib, ixrac edir”. 

Ekspertin fikrincə, bu cür sərgilərə ancaq nüfuzlu dövlətlər keçirə bilir. Belə beynəlxalq tədbir və sərgilərin keçirilməsi Azərbaycan Dövlətinin gücünün göstəricisidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi