
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısı olan Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Qalib ölkəmiz sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılır.
"2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Astanada "ŞƏT plyus" formatında görüşdə deyib və bildirib ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir.
Müstəqil siyasət yürüdərək həyata keçirdiyi uğurlu diplomatiya ilə Azərbaycanı ən qüdrətli dövlətə çevirən Prezident İlham Əliyev postmüharibə dövrünün reallıqlarını müəyyənləşdirir.
İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunması ölkəmizin gücünü bir daha nümayiş etdirir. İşğaldan azad edilmiş regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiyaların yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışı uğurla davam etdirilir. Qısa zaman kəsiyində Zəngilan rayonunda "ağıllı kənd" layihəsinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni aeroportların tikilməsi istiqamətində atılan addımlar, Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması bir daha onu təsdiqləyir ki, regionun lider dövləti Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyat yenidən canlanır. Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevrilməsindən ibarətdir. Bu ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Füzuli və Zəngilanda beynəlxalq hava limanları tikilərək istifadəyə verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə respublikamızda 8 beynəlxalq hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanı istismara veriləndən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaq. Yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəni, dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonası elan edilib.
Milli maraqlara cavab verən siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq nüfuzunu gündən-günə yüksəldən Prezident İlham Əliyevin yeni inkişaf strategiyası Azərbaycana həm də mühüm tərəfdaşlar qazandırır. Bu gün həmin tərəfdaşlar işğaldan azad edilmiş torpaqlarımızda reallaşacaq layihələrin iştirakçısı olmaqda maraqlıdırlar. Regionun gələcək inkişafı üçün real imkanların mövcud olduğunu vurğulayan dövlət başçımız qeyd edir ki, bütün bunlar, ilk növbədə, bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirir. İcra edilən hər bir layihə digər layihənin gerçəkləşməsinə real zəmin yaradır. Qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması imkanlarından faydalanmaq bütün tərəflərə iqtisadi dividendlər vəd edir.
Azərbaycan bütün qütblərlə yüksək səviyyəli, bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri yaradıb. Avropa ilə əlaqələrə baxsaq, Fransa istisna olmaqla, digər ölkələrlə müsbət siyasi dialoq mövcuddur, Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq, xüsusən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksələn dinamikası müşahidə olunur. Bu vaxta qədər Azərbaycan 10 ölkə ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Son olaraq Bolqarıstan və Slovakiya liderlərinin ölkəmizə səfərləri və Bakıda verdikləri açıqlamalar Azərbaycanın əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycanı regionda əsas söz sahibinə çevirmiş qlobal enerji layihələrinin reallaşdırılmasında ardıcıllığın təmin olunması, ölkənin müdafiə potensialının gücləndirilməsi, beynəlxalq nüfuz və mövqelərinin möhkəmləndirilməsi, balanslaşdırılmış xarici siyasət kursu Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdir.
Neft strategiyasının həyata keçirilməsi və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istifadəyə verilməsi təkcə sosial-iqtisadi məsələlərin deyil, həm də xarici siyasət problemlərinin həlli üçün geniş imkanlar yaradıb. 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verildi, 2006-cı il dekabrın 15-də "Şahdəniz" yatağında ilk quyu qazıldı. "Ümid", "Babək" və "Abşeron" qaz yataqlarının kəşfi Azərbaycanın böyük həcmdə qaz ehtiyatı olduğunu ortaya çıxardı. 2014-cü il sentyabrın 20-də Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyalarının yaranması nəticəsində dünyanın enerji xəritəsində yeni siyasi və iqtisadi mənzərə formalaşdı. 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi. İrimiqyaslı beynəlxalq neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Dövlətin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan regionda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına sahib ölkə oldu.
Azərbaycan BMT, İƏT, ATƏT, QH, TDT və bir çox beynəlxalq təşkilatların üzvüdür. Borclu ölkədən donor ölkəyə çevrilən Azərbaycan siyasi, mədəni və idman xarakterli onlarla beynəlxalq tədbirlərə evsahibliyi edir. Bütün bunlar təbii ki, ölkənin həm regional, həm də qlobal geosiyasi miqyasda mövqelərini gücləndirir. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın əldə etdiyi uğurları şərtləndirən ən mühüm amil siyasi və iqtisadi müstəqillikdir.
Müstəqil siyasət yürütməsi ölkəmizi dünyada etibarlı tərəfdaşa söz və güc sahibinə çevirib. Bu gün Azərbaycan dünyada sosial-iqtisadi cəhətdən inkişaf etmiş, sabit, təhlükəsiz və müasir həyat səviyyəsinin təmin olunduğu ölkə kimi tanınır, beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi inkişafın və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xəttlə irəliləməsinə səbəb olur. Azərbaycanın iqtisadi modelini əksər hallarda ölkənin inkişafı modeli kimi dəyərləndirirlər. Son 20 ildə Azərbaycan dünyanın ən dinamik iqtisadiyyata malik ölkə imicini qazanıb.
Azərbaycan dünyaya səs salan beynəlxalq tədbirlərə evsahibliyi edir. Nüfuzlu beynəlxalq təşkilatların, dövlət başçılarının səfər etdiyi ölkə kimi tanınır. Saysız-hesabsız forum və konfranslar ölkənin tanınmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin ən böyük diplomatik uğuru Azərbaycanı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirməsidir. Bu gün Bakı dünyanı narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların keçirildiyi məkandır.
Prezident İlham Əliyevin vurğuladığı kimi: "Xarici siyasət sahəsində Azərbaycan regionda və dünyada güclü mövqeyə malikdir. Beynəlxalq ictimaiyyət bizə hörmətlə yanaşır. Çünki biz müstəqil siyasət aparırıq və hər zaman vədlərimizə sadiqik. Yəni biz etibarlı tərəfdaşıq və bütün qonşular ilə yaxşı, eyni zamanda, praqmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir". Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. Beləliklə, Prezident İlham Əliyevin yürütdüyü strateji diplomatiya və xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun və çəkisinin, regional liderlik rolunun daha da yüksəlməsini təmin edir.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb