lider-media.az

Antoni Blinken “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə xalqımızı təbrik edib

Baxış: 436 Tarix: 21-09-2024, 18:40

Antoni Blinken “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə xalqımızı təbrik edib

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Lider-media.az xəbər verir ki, məktubunda Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etməkdən məmnunluq duyduğunu vurğulayan Dövlət katibi bildirib: “Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd olunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır.

Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpaolunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq.

“Əsrin müqaviləsi” bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur.

Bugünkü telefon danışığımız zamanı qeyd etdiyim kimi, Amerika Birləşmiş Ştatları əməkdaşlığımızı genişləndirmək, qlobal enerji keçidi və Azərbaycanın enerji gündəliyi daxil olmaqla, müxtəlif vacib məsələlər üzrə birgə çalışmağa hazırdır”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi