İllər ötəcək, nəsillər dəyişəcək, Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsini və ötən il 19-20 sentyabrda keçirilən antiterror tədbirlərini xalqımız hər zaman böyük qürurla xatırlayacaq. Çünki məhz bu dövrdə 200 illik tarixi ədalətsizliyə son qoyularaq bütün torpaqlarımız erməni işğalından azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdı. Bu sürətli, peşəkar xarakterli tədbirin keçirilməsini labüd edən səbəb isə Xocavənd rayonu ərazisində mina partlayışları nəticəsində 9 nəfərin həyatını itirməsi oldu. Rəsmi Bakı mina partlayışını terror aktı adlandırdı və bəyan etdi ki, hadisə qanunsuz erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi nəticəsində baş verib. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina terroru nəticəsində 300-dən çox Azərbaycan vətəndaşı həlak olub və yaralanıb.
Azərbaycanın böyük qələbəsilə bitən İkinci Qarabağ müharibəsində Ermənistan işğalına son qoyulmasından 4 il ötür. Bu müddətdə Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi. Üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirdi. Təbii ki, hərbi-siyasi təxribatlar, vaxtı uzatmaq, prosesdən yayınmaq və sabotaj cəhdləri Ermənistan üçün sadəcə bumeranq effekti vəd edirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi "dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın" sözləri haylara təsir etmədi.
Ermənistanın məğlub ölkə kimi imza atdığı üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror tədbirlərini qaçılmaz etdi. Zərgər dəqiqliyi ilə hazırlanmış antiterror tədbirləri nəticəsində Bakı hədəfinə çatdı. Odur ki, Ermənistan məsuliyyətini dərk etməli və öhdəliklərini yerinə yetirməlidir. Özü də vaxt itirmədən. Çünki vaxt itkisi onlar üçün daha böyük itkilərə səbəb ola bilər.
Fəxarətlə deyə bilərik ki, Azərbaycan Ordusu növbəti dəfə dünya hərb dərsliklərinə salınacaq tarixi qələbəyə imza atdı. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri ağ bayraq qaldırdılar, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etdi, qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı. Həmçinin bütün silah-sursat və ağır texnika təhvil verildi. Bununla da Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Prezident İlham Əliyevin 19 sentyabr tarixində imzaladığı Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam da ərazi bütövlüyü və suverenliyimizin əbədiliyini ehtiva edir.
Sərəncamda deyilir: "...2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır".
Nurəngiz ADİLQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb