lider-media.az

Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya gedir

Baxış: 1 389 Tarix: 18-09-2024, 16:22

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 19-da Rusiyaya gedəcək. Bu barədə QMİ-nin Mətbuat Xidmətindən Lider-media.az-a  məlumat verilib. Səfərdə məqsəd RF Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 21-də Moskva şəhərində keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak etməkdir. Budəfəki Forum Rusiya Müsəlmanları Ruhani İdarəsinin 30, Müfti Şeyx Ravil Qaynutdinin dini fəaliyyətinin 40 illiyinə həsr olunur. QMİ sədri forumda məruzə ilə çıxış edəcək.Şeyxülislam A. Paşazadə Moskvaya səfər çərçivəsində Moskva və bütün Rusiya Patriarxı Kiril tərəfindən qəbul ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi