lider-media.az

Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak və çıxış edəcək

Baxış: 458 Tarix: 18-09-2024, 15:25


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 21-də ABŞ-a yola düşəcək.Türkiyə liderinin çıxışı sentyabrın 24-nə planlaşdırılır. Prezident Ərdoğan həmin gün Braziliya və ABŞ dövlət başçılarından sonra BMT Baş Assambleyası tribunasından çıxış edəcək üçüncü lider olacaq. Bu, həmçinin Türkiyə Prezidentinin siyasi karyerasında BMT Baş Assambleyasında edəcəyi 14-cü çıxışdır.Türkiyə Prezidentinin çıxışında əsas mövzular qlobal sistemin ədalətsizliyi və BMT-də islahatların aparılması zərurəti olacaq.

Ayın 27-dək davam edəcək səfər çərçivəsində Ərdoğan dünya liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək, onlardan bəziləri Nyu-Yorkdakı Türkiyə Evində baş tutacaq.

  Lider-media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi