lider-media.az

Mərasim evlərində qiymətlər kəskin artdı

Baxış: 427 Tarix: 18-09-2024, 12:00

 

2024-cü ilin avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 67.2 faiz azalıb.


Lider-media.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.


Qeyd edilib ki, sifarişlərin azalmasına səbəb Məhərrəmlik ayı ilə bağlı olaraq toy və şənliklərin keçirilməməsi olub.


Bununla belə, şadlıq saraylarında avqust ayında qiymətlər 3.9 faiz artıb. Xüsusən 40 manatadək olan menyuların qiymətində daha çox artım müşahidə edilib ki, bu da 5.6 faizdir. Qiyməti 40-80 manat olan menyular isə 3.4 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 2.7 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 103,5 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi