lider-media.az

Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək

Baxış: 336 Tarix: 17-09-2024, 16:55

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək.
Lider-media.az xəbər verir ki, “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində təşkil edilən seminarın Azərbaycan xalqı üçün tarixi-mədəni əhəmiyyətə və mənəvi dəyərə malik olan Şuşa şəhərində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. 
Dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılması məqsədilə keçiriləcək seminar çərçivəsində “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?”, “Dini radikalizmlə mübarizə və media”, “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzularında sessiyalar təşkil ediləcək. 
Tədbirdə peşəkar media mütəxəssisləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək, interaktiv müzakirələr aparılacaq, habelə işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil ediləcək.
Qeyd edək ki, seminarda 30-dan çox media nümayəndəsinin iştirakı gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi