lider-media.az

MDB-nin Baş katibi Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

Baxış: 354 Tarix: 21-02-2024, 20:13

MDB-nin Baş katibi Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb


Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Sergey Lebedev yenidən Azərbaycanın Baş naziri təyin edilməsi münasibətilə Ə.Əsədova səmimi təbriklərini çatdırıb.

“Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökumət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək”, - deyə məktubda bildirilib.

S.Lebedev Əli Əsədova cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbbüslərin icrasında uğurlar arzulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi