lider-media.az

29 yeni məktəb yeni tədris ilində istifadəyə verilib

Baxış: 284 Tarix: 16-09-2024, 09:51

Bu il ilk dəfə işğaldan azad olunmuş digər ərazilərimizdə Bilik Günü qeyd olunur.Ölkəmizdə 133 mindən artıq şagird birinci sinfə gedir.Lider-media.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev 53   nömrəli tam orta məktəbdə keçirilən Bilik Günü tədbirində deyib.O bildirib ki, ilk dəfə Şuşa, Xocalı, Xankəndi şəhərlərində, Laçının Sus kənd orta məktəbində ilk zəng çalınır: “Yeni tədris ilində işğaldan azad olunan ərazilərdəki məktəblərdə 1410 şagird təhsil alır. Onlardan 149-u birinci sinfə gedir.

Prezident İlham Əliyevin qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti nəticəsində həyata keçirilən tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş təhsil siyasətinin davamıdır”.

Nazir müavini bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə məktəblərin 80 faizi yenilənib: “Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib”.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi