lider-media.az

BMT yeddi ölkəyə 100 milyon dollar humanitar yardım ayırıb

Baxış: 87 Tarix: 21-02-2024, 13:10


BMT-nin Fövqəladə Hallara Cavab Fondu (MFHCF) Afrika, Amerika və Yaxın Şərqdə maliyyə çatışmazlığı ilə üzləşən yeddi ölkəyə yardım üçün 100 milyon ABŞ dolları ayırıb.

AZƏRTAC xəbər verir ki, BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisinin (HMKO) məlumatına görə, Konqo Demokratik Respublikası, Sudan və Suriyanın hər birinə 20 milyon dollar yardım ediləcək. Əsas məqsəd həmin ölkələrdə münaqişə və hərbi əməliyyatlardan əziyyət çəkən insanlara, eləcə də məcburi köçkünlərə dəstək olmaqdır.

Bundan əlavə, Çad qaçqınlara və digər həssas qruplara görə 15 milyon dollar alacaq. Qalan vəsait isə humanitar ehtiyaclarını qarşılamaq məqsədilə Nigerə (10 milyon dollar), Livana (9 milyon dollar) və Hondurasa (6 milyon dollar) veriləcək.

BMT-nin fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits bildirib ki, yeni təcili yardım fondu böhranlarla üzləşən insanlara dəstəyin davam etməsi üçün vacibdir.

Qurumun məlumatına görə, humanitar ehtiyacların 2024-cü ildə də artacağı gözlənilir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi