lider-media.az

Formula 2 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb

Baxış: 420 Tarix: 15-09-2024, 13:12

Formula 2 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb

Formula 2 üzrə Azərbaycan Qran-Prisində əsas yarışın qalibləri mükafatlandırılıb.

Lider-media.az xəbər verir ki, birinci yeri “Trident” komandasından Rixard Versxor tutub.

“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martin ikinci, “Rasinq Prema”dan italiyalı Kimi Antonelli üçüncü olub.

Mükafatı gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.

Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi