lider-media.az

İran tədqiqat peykini orbitə buraxdı

Baxış: 433 Tarix: 14-09-2024, 17:17

 

SEPAH-ın Aerokosmik Qüvvələri “Çamran-1” adlı tədqiqat peykini uğurla orbitə buraxıb. 


Lider-media.az xəbər verir ki, bu barədə İranın “İRNA” xəbər agentliyi məlumat yayıb. 


Bildirilib ki, buraxılış “Qaem-100” daşıyıcı raketi ilə həyata keçirilib.
Qeyd edək ki, peyk bir neçə İran şirkəti tərəfindən hazırlanıb və 60 kiloqrama yaxın kütləyə malikdir. “Çamran-1”in əsas missiyası orbital manevr texnologiyalarını təsdiqləmək üçün aparat və proqram təminatını sınaqdan keçirməkdir. Peyk, həmçinin, alt sistemin işini qiymətləndirməli, naviqasiya və idarəetmə sistemlərinin funksionallığını təhlil etməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi