lider-media.az

Çin Ağ Evi hədələdi, ABŞ nə cavab verəcək?

Baxış: 340 Tarix: 14-09-2024, 17:14

 

Çin Amerikadan ölkəsində istehsal olunan mallara görə əlavə rüsumların tətbiq edilməsindən imtina etməyi tələb edir. 
Lider-media.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Bəyanatda deyilir: 
“ABŞ tərəfi dərhal yanlış yanaşmasını düzəltməli və Çinə qarşı bütün artırılmış tarifləri ləğv etməlidir”.
Ticarət Nazirliyi xatırladıb ki, Pekin Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozan və vəziyyəti daha da pisləşdirən əlavə rüsumlarla bağlı dəfələrlə Vaşinqtona təqdimat verib. Qeyd edildiyi kimi, ABŞ-nin bu cür hərəkətləri proteksionizmdir, beynəlxalq ticarət nizamını, qlobal təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini ciddi şəkildə pozur.
"Ağ Evin tətbiq etdiyi əlavə rüsumların cəzasını Amerika biznesləri və istehlakçıları ödəyəcək. Çin lazımi tədbirləri görəcək və milli şirkətlərin maraqlarını qətiyyətlə qoruyacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi