lider-media.az

Antarktida buzları rekord ərimə həddinə çatdı - Nə baş verir? ALİM AÇIQLADI

Baxış: 259 Tarix: 13-09-2024, 12:50

 

Antarktidada dəniz buzları ardıcıl ikinci ildir ki, ən aşağı səviyyəyə enib. 

Avstraliya elmi tədqiqat mərkəzinin alimləri tərəfindən bildirilib ki, 2023-cü ildə dəniz buzunun səviyyəsində kəskin dəyişiklik baş verib.  Qitənin ətrafındakı örtük ardıcıl altı ay ərzində sürətlə əriyib və qışda uzunmüddətli orta göstərici ilə müqayisədə 1,6 milyon kvadratmetr aşağı olub. Alimlər oxşar vəziyyətin 2024-cü ildə təkrarlanacağını güman edirlər. Çünki sentyabrın 7-də buzun həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə daha da aşağı səviyyədə olduğu ortaya çıxıb. 

Məsələ ilə bağlı Lider-media.az-a danışan alim, ekoloq Telman Zeynalov bildirib ki, planetimizdə mövcud olan bütün buzlaqlar ərisə, suyun səviyyəsi 150 metr artacaq. Bunun nəticəsində də planetin əksər əraziləri sular altında qalacaq:

"Bu əsl fəlakət olar. Çünki ərazilər sular altında qalsa, insan tələfatı baş verə bilər. Bütün bunlar hamısı siyasi oyundur". 

Alimin sözlərinə görə, bütün buzlaqların ərimə mümükün deyil: "Yada salmaq lazımdır ki, Yer kürəsi min illiklər ərzində 5 dəfə buzlaşmaya, 4 dəfə isə istiləşməyə məruz qalıb. Lakin hər birinini qarşısı alına bilib. odur ki, hazırki prosesdən qorxmaq lazım deyil".



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi