lider-media.az

#hüquqimaarifləndirmə #cinayətprosessualhüquq - Sübutsuz müəyyən edilən hallar

Tarix: 20-02-2024, 22:33


Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.

  Sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, habelə hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir.

  Cinayət prosessual qanunvericiliyə əsasən cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur:

1. ümumi məlum olan faktlar;

2. müasir elmdə, texnikada, incəsənətdə və digər sahələrdə ümumi qəbul edilmiş təhqiqat metodlarının düzgünlüyü;

3. məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar.

  Cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər.

  Bundan başqa, Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Bu halda sübutların tədqiq edilmədən müəyyən olunmuş halları cinayət prosesinin digər iştirakçılarına deyil, yalnız razılığa gələnlərə münasibətdə müəyyən edilmiş hesab olunur.

  Bəzi hallar vardır ki, cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən müəyyən edilmiş hesab olunur. Buna aiddir:

1. şəxslərin qanunu bilməsi;

2. şəxslərin xidməti ilə əlaqədar vəzifələrini və öz peşə qaydalarını bilməsi;

3. şəxs xüsusi hazırlığın və ya təhsilin olmasını təsdiq edən sənədlər təqdim etmədikdə, yaxud xüsusi hazırlıq və təhsil verən müəssisə və ya digər təşkilatın adını bildirmədikdə, onun xüsusi hazırlığının və təhsilinin olmaması.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi