lider-media.az

Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

Baxış: 619 Tarix: 12-09-2024, 15:47

  

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 8-ci turunun oyunları keçirilib.

Sentyabrın 10-da saat 16:00-da “Embawood” və “Ağstafa Dilbaz” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Embawood” komandasının 5-0 hesablı qələbəsi, saat 17:00-da “Köhlən” və “Zəfər” komandaları arasında keçirilən günün ikinci oyunu “Zəfər” komandasının 1-8 hesablı qələbəsi ilə başa çatıb.

Günün son oyunu saat 18:00-da “Qarabağ” və “Sərhədçi” komandaları arasında  keçirilib. Mübarizədə “Sərhədçi” komandası “Qarabağ” komandası üzərində 0-5 hesablı qələbə əldə edib.

Turun növbəti oyunları sentyabrın 11-də keçirilib. Saat 17:00-da baş tutan ilk qarşılaşma “Polad” komandasının “Şirvan” komandası üzərində 7-1 hesablı qələbəsi, saat 18:00-da baş tutan qarşılaşma “Elit” komandasının “Omar” komandası üzərində 4-1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 9-cu turun oyunları 17-18 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi