Peşəkar “Çövkən” Liqasında gərgin mübarizə davam edir
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar “Çövkən” Liqasının 5-ci turunun oyunları keçirilib.
Avqustun 6-da saat 17:00-da “Şirvan” və “Ağstafa” komandaları arasında baş tutan gərgin mübarizə 2-2 hesablı bərabərliklə, saat 18:00-da “Qarabağ” və “Elit” komandaları arasında keçirilən günün ikinci oyunu “Elit” komandasının 2-5 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti oyunları avqustun 7-də keçirilib. Saat 17:00-da baş tutan ilk qarşılaşma “Sərhədçi” komandasının “Zəfər” komandası üzərində 2-0 hesablı qələbəsi, saat 18:00-da baş tutan qarşılaşma isə “Polad” komandasının “Embawood” komandası üzərində 2-1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar “Çövkən” Liqasının 6-cı turunun oyunları 20-21 avqust 2024-cü il tarixlərində baş tutacaq.