lider-media.az

COP29-la bağlı qlobal kampaniya başladıldı

Baxış: 293 Tarix: 12-09-2024, 15:07

 

Sentyabrın 12-də iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində yenilikçi ideyaları olan müxtəlif regionalardan fərdlərin və novatorların həyata keçirdiyi layihələri və fəaliyyətləri işıqlandırmaq üçün “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya start verilib. 
Lider-media.az xəbər verir ki, bu barədə BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai məlumat verib. 
Kampaniya çərçivəsində sosial sahibkarların, icma nümayəndələrinin və startap ideyaları olan fərdlərin layihələri seçilərək müxtəlif platformalarda nümayiş etdiriləcək.
Burada əsas məqsəd hər bir fərdin ətraf mühitə müsbət təsir edəcək fəaliyyət göstərmək iqtidarında olduğunu göstərmək, hər kəsi iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmağa çağırmaq və ruhlandırmaqdır.
Kampaniya zamanı seçiləcək layihələr həm onlayn platformalarda, həm də Azərbaycanda keçiriləcək COP29 zamanı “Fərqlilik yaradanlar” sərgisi çərçivəsində təqdim olunacaqdır.
İlk “Fərqlilik yaradanlar” sentyabrın 23-də ABŞ-nin Nyu-York şəhərində keçiriləcək İqlim Həftəsində kampaniyanın rəsmi başlanğıcına həsr olunmuş tədbir zamanı seçiləcək və təqdim olunacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi