lider-media.az

Şəhidlərimizin övladlarının yüksək səviyyəli təlim-tədris imkanlarından yararlanmasına dəstək!

Baxış: 546 Tarix: 12-09-2024, 14:22

 

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladlarının yüksək səviyyəli təlim-tədris imkanlarından yararlanmasına dəstək davam etdirilir. 

“YAŞAT” Fondunun təşkilatçılığı, Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Səhmdar Cəmiyyətinin və ROOF Academic Training MMC-nin dəstəyi ilə şəhid övladlarının dünyanın nüfuzlu universitetlərinə təqaüdlə qəbul olmasına dəstək göstərilməsi nəzərdə tutulur.
 
Proqram şəhidlərimizin 9,10,11-ci siniflərdə və universitetin 1-ci kursunda (yenidən bakalavr dərəcəsinə müraciət etmək istəyən) təhsil alan övladlarının bakalavr, 3 və 4-cü kurs tələbəsi olan şəhid övladlarının isə magistr təhsilindən yararlanmasına imkan yaradacaq.

Qeyd olunan meyarlara cavab verən şəhid övladları yalnız onlayn qaydada müraciət edə bilərlər. İlkin müraciət formasını dolduran namizədlərin seçimi növbəti mərhələdə müvafiq müəssisə tərəfindən təşkil edilən fərqli mərhələlərdən ibarət müsahibə əsasında aparılacaq. Müraciəti qeyd olunan linkə keçid edərək tamamlamaq olar. 

Qeydiyyat linki: https://forms.gle/vN4dnkcYfwewHfJC8


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi