lider-media.az

Zelenski Braziliya-Çin sülh planını bəyənmədiyini açıqladı

Baxış: 214 Tarix: 12-09-2024, 12:19

 

Ukrayna prezidenti Volodimir Zelenski Braziliya və Çinin Ukrayna münaqişəsini həll etmək barədə planını kəskin tənqid edib və onu dağıdıcı adlandırıb.
Lider-media.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Çin-Braziliya təklifi sadəcə, siyasi bəyanatdır. Mən Braziliya prezidenti Luiz İnasio Lula ilə danışdım və Çin tərəfinə xəbər göndərdik ki, gəlin birlikdə oturaq, birlikdə danışaq. Mən bilmək istəyirəm ki, niyə Çin və Braziliya birdən-birə Rusiyanın tərəfini tutmağa qərar verdi?” deyə o, Braziliya KİV-inə müsahibəsində bildirib.
Zelenski iddia edib ki, Braziliya və Çin öz sülh təşəbbüslərini əvvəl Rusiya ilə müzakirə ediblər. “Biz axmaq deyilik, bunu çox yaxşı anlayırıq” deyə Ukrayna prezidentri qəzəblənib. 
Mayın 23-də Çinin xarici işlər naziri Van İ ilə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim arasında görüş keçirilib. Bundan sonra tərəflər birgə bəyanat yayıblar ki, Ukraynadakı münaqişənin həllinin yeganə yolu dialoq və danışıqlardan keçir. Çin və Braziliya təklif ediblər ki, bütün tərəflərin iştirakı ilə sülh planının müzakirəsi barədə beynəlxalq konfrans keçirilsin. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi