lider-media.az

Türkiyə Tramp və Harrisin Ukrayna məsələsində aciz olduğunu açıqladı

Baxış: 461 Tarix: 12-09-2024, 09:41

 

“ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris Ukraynadakı münaqişəni idarə edə bilmirlər”. 


Lider-media.az xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer “RİA”ya müsahibəsində Ukrayna məsələsində siyasətçilərin acizliyindən danışıb.
O, qeyd edib ki, namizədlər Ukrayna ilə bağlı müxtəlif mövqelərdən çıxış edirlər. Belə ki, Tramp müəyyən bir düsturdan istifadə edərək münaqişəni dayandırmaq, Harris isə Kiyevi dəstəkləməyə davam etmək niyyətindədir.
“Amerika seçkilərinin nəticəsi, əlbəttə ki, müharibənin gedişi üçün vacibdir, lakin bu, yeganə parametr deyil. Avropa İttifaqı ölkələrinin müharibədən yorulması, Çin və Hindistan kimi dünya güclərinin müharibəni sona çatdırmaq üçün aktiv fəaliyyəti kimi səbəblər ön plana çıxır” deyə Özer bildirib.
O, əlavə edib ki, Tramp və Harris öz vədləri və ya bəyanatları ilə Ukrayna münaqişəsini idarə etmək iqtidarında deyillər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi