lider-media.az

İsveçdə inflyasiya artmaqda davam edir

Baxış: 381 Tarix: 20-02-2024, 18:01


Cari ilin yanvar ayında İsveçdə inflyasiya yüksəlməyə başlayıb və 5,0 faizlik proqnoza qarşı 5,4 faizədək artım nümayiş etdirib.

AZƏRTAC İsveçin Statistika İdarəsinə istinadla xəbər verir ki, inflyasiya digər sahələrdən əvvəl mənzillərin qiymətinə öz təsirini göstərib.

Eyni zamanda, qida məhsullarının və elektrik enerjisinin qiymətləri də yüksəlməyə davam edir. Vəziyyətin 2024-cü ildə düzələcəyi proqnozlaşdırılmır.

“Biz resessiyanın düz ortasındayıq, bundan daha çox zərər çəkənlər isə ölkənin gəlirlərini azaltmağa və xərclərini artırmağa məcbur olan bölgələridir. Bundan əlavə, bu il işsizliyin sayının da artacağı gözlənilir”, – deyə maliyyə naziri Eizabet Svantesson bildirib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi