lider-media.az

Rusiya-Ukrayna müharibəsində nələr yaşanır?

Baxış: 27 Tarix: 11-09-2024, 13:14

 

Rusiya Pokrovskı ələ keçirsə, Donbasın qalan hissəsini nəzarətə götürməyə və Ukrayna üzərində strateji üstünlük əldə etməyə nail olacaq.
Lider-media.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. 
Qeyd olunub ki, Pokrovsk bütün Donbas boyu bir çox dəmir yolu və avtomobil xətlərinin mərkəzində yerləşir. Bununla əlaqədar olaraq, Rusiyanın uğurlu hücumu Ukrayna qoşunlarının digər bölgələrdəki əsas təchizat xəttini kəsmiş olacaq.
Bundan əvvəl, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “CNN” telekanalına müsahibəsində bildirib ki, Ukrayna ordusu cəbhənin Pokrovsk istiqamətində ciddi çətinliklər yaşayır. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Pokrovskı əldən verməmək üçün lazım olan hər şeyi edir.
“RBK-Ukrayna” isə yazır ki, sutka ərzində döyüş xəttində 131 toqquşma baş verib. Döyüşlərin demək olar ki, böyük əksəriyyəti Pokrovsk və Kuraxiv istiqamətlərində qeydə alınıb. Ruslar bir sıra rayonlarda artıq öz qüvvələrini cəmləşdiriblər. Ukrayna Silahlı Qüvvələri son 24 saatda 36 hücumu dəf edə bilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi