lider-media.az

FHN-in komandası yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatında yüksək nəticə göstərib

Baxış: 240 Tarix: 11-09-2024, 12:03

Sentyabrın 5-dən 11-dək Çin Xalq Respublikasının Harbin şəhərində keçirilən yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatında ölkəmizi Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib.

FHN-in mətbuat xidmətindən Lider-media.az-a bildirilib ki, çempionatda iştirak edən komanda böyük uğura imza atıb.

Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan FHN əməkdaşları 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olublar.

Komandaya çempionatın kubok, medal və hədiyyələri təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi