lider-media.az

Bakı metrosunda yubanma olub, səbəb açıqlandı - RƏSMİ

Baxış: 302 Tarix: 10-09-2024, 09:49

 

Bu gün səhər saatlarında vətəndaşlar tərəfindən müraciət ünvanlanaraq bildirildi ki, metroda gecikmə yaşanır. 

Lider-media.az dərhal rəsmi qurumla əlaqə saxladı. Bakı Metropolitenindən saytımıza bildirildi ki, "Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb. Bunun nəticəsində "Yaşıl" və "Qırmızı" xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

“Maşinistin doğru qərar verdiyi məlum olub. Həmin sərnişinin heç bir zərurət olmadan müdaxilə etdiyi kranın diyircəyi sıradan çıxıb”, - məlumatda qeyd olunub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi