lider-media.az

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Baxış: 430 Tarix: 9-09-2024, 07:24

Fransanın paytaxtı Paris şəhərində Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Lider media.az xəbər verir ki, “Stad de Frans” stadionunda təşkil edilən tədbirdə səhnəyə əvvəlcə iştirakçı ölkələrin nümayəndə heyətləri daxil olublar.

Ölkələrin rəsmi paradında Azərbaycan Bayrağını Olimpiadanın qızıl mükafatçıları olan paraatletlər Lamiyə Vəliyeva və Səid Nəcəfzadə dalğalandırıblar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi