"COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq". Bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı söyləyib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi respublikamızın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun daha bir göstəricisidir. Eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə qlobal liderlik və məsuliyyət nümunəsi olacaq mühüm bir hadisənin astanasındadır. "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq", - deyən dövlət başçısı bildirir ki, bu gün beynəlxalq aləmdə Azərbaycana olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimiz, işimiz, siyasətimizlə qazanmışıq. Bu amil iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səyləri birləşdirəcək və daha ədalətli, dayanıqlı bir gələcək qurmağa töhfə verəcək.
Ötən ilin dekabr ayında COP29-la əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə bu tədbirin mahiyyəti, onun ölkəmizin qlobal aləmdə nüfuzu nöqteyi-nəzərdən əhəmiyyəti dövlət başçısı tərəfindən ətraflı şərh edilmişdir. Cari ilin yanvar ayında dövlət başçısı tərəfindən COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalanmışdır. Təşkilat Komitəsi hazırda qlobal tədbirin reallaşması ilə bağlı müvafiq texniki-təşkilati işləri uğurla həyata keçirir.
Qeyd edək ki, bu konfrans beynəlxalq səviyyədə ənənəvi olaraq hər il təşkil edilən mötəbər tədbirlərdən biridir. İlk dəfə 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində keçirilən konfrans BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üst qurumu, COP-un üzvləri olan 195 ölkənin rəsmi nümayəndələrinin görüşərək planetin "yaşıl" problemlərini müzakirə etdikləri kütləvi tədbirdir.
Azərbaycan rəqabətədavamlı iqtisadiyyatı, sosial ədaləti və innovasiyaları əhatə edən, milli maraqlara xidmət edən yeni strategiya formalaşdırıb. Bu prioritetlər arasında təmiz ətraf mühitə nail olmaq və "yaşıl inkişafı" təbliğ etmək dövlətin daim diqqət mərkəzindədir. Milli ekoloji siyasətin ən yaxşı beynəlxalq təcrübələrlə uzlaşdırılması bu işdə mühüm əhəmiyyət kəsb edir. COP29 tədbirinin mövzusu ekoloji məsələlər olsa da imkanlarının geniş olması və aktuallığı baxımından həm də siyasi və iqtisadi təsirlər yaradır.
Ekspertlərin fikrincə COP29 tədbiri ətraf mühitə mənfi təsirin azaldılması üçün təcrübənin mənimsənilməsində ölkəmizə kömək edəcək, iqlim dəyişmələri ilə bağlı əldə edilən qabaqcıl təcrübələrin Azərbaycana inteqrasiyasını asanlaşdırmaq mümkün olacaq.
Ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycan yaratdığı yeni reallıqları dünyaya təqdim edəcək və bütün bunlar sözsüz ki, beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli dividendlər qazandıracaq.
Azərbaycan iştirakçılar və qonaqlar üçün rahat şərait yaratmağa, eləcə də davamlı inkişaf və iqlim siyasəti sahəsində nailiyyətlərini nümayiş etdirməyə səy göstərərək yüksək məsuliyyət və peşəkarlıqla bu cür böyük tədbirlərə ev sahibliyi edir. Ölkə müasir infrastruktur, insan resursları, beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Dövlətimiz iqtisadi forumlar, mədəni və idman tədbirləri də daxil olmaqla, müxtəlif miqyaslı tədbirlər keçirərək beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi göstərir.
Hazırda dünya mətbuatında əsas müzakirə mövzularından olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsi təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi deyil, həm də iqlim dəyişmələri ilə mübarizədə əhəmiyyətli işlərin aparılması üçün əlverişli məqamdır. COP29 Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirəcək, eləcə də iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə töhfə olacaq.
Nurəngiz ADİLQIZI.

COB29-un Azərbaycanda keçirilməsi heç də təsadüfü deyil
Qlobal problemlərin həllində “yaşıl enerji”nin rolu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb