lider-media.az

ABŞ, Böyük Britaniya və Aİ süni intellektlə bağlı saziş imzalayacaq

Baxış: 226 Tarix: 5-09-2024, 12:22

 

ABŞ, Aİ və Böyük Britaniya süni intellektdən (AI) istifadə standartlarına dair ilk dəfə beynəlxalq saziş imzalayacaq. 


Lider-media.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.


“İnnovasiyaların süni intellekt qədər sürətlə irəliləməsi ilə qlobal miqyasda ilk addımı atmağımız həqiqətən vacibdir. Bu, müxtəlif ölkələri bir araya gətirən qlobal əhəmiyyətə malik ilk sazişdir" deyə Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri Piter Kayl bildirib.
Qeyd olunub ki, konvensiyanın mətni iki il ərzində 50-dən çox ölkə, o cümlədən Kanada, İsrail, Yaponiya və Avstraliya tərəfindən hazırlanıb. Sənəd, imzalayan tərəfləri süni intellekt sistemlərinin hər hansı zərərli və ayrı-seçkilik yaradan nəticələrinə görə məsuliyyət daşımağa məcbur edir. Xüsusilə, tərəflər bərabərlik və şəxsi toxunulmazlıq kimi hüquqlara hörmət etməli və pozulmasının qarşısını almalıdır. 
Bu müqavilə hüquqi qüvvəyə malik olsa da, onun müddəalarının pozulmasına görə heç bir cəza nəzərdə tutulmur. Sazişin müddəalarına əməl olunmasını tənzimləyən yeganə mexanizm monitorinqdir. Tənqidçilərin fikrincə, bu, elə də təsirli bir vasitə deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi