lider-media.az

“Paris-2024”: Azərbaycan paraüzgüçüsü növbəti dəfə medal qazanıb

Baxış: 384 Tarix: 4-09-2024, 20:19

Azərbaycan paraüzgüçüsü Raman Saley "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Lider-media.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə göstərərək nail olub. O, daha əvvəl S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş mükafata layiq görülüb.

Raman Saley Paris Paralimpiadasında daha bir kateqoriyada çıxış edəcək. Təmsilçimiz sentyabrın 7-də S12 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda mübarizə aparacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi