lider-media.az

Bolqarıstan Ukraynaya silah göndərdi

Baxış: 596 Tarix: 3-09-2024, 15:06

 

Bolqarıstan Ukraynaya “Qvozdika” özüyeriyən artilleriya sistemləri göndərib. 


Lider-media.az xəbər verir ki, bunu ölkənin texniki hökumətinin müdafiə naziri Atanas Zapryanov brifinqdə bildirib.


“Bolqarıstan Ukraynaya müxtəlif texnika, silah və sursat daxil olmaqla səkkiz paket hərbi yardım göndərib. Bunlara "Qvozdika" özüyeriyən silahları da daxildir. Göndərilən hər şey əhəmiyyətli kompensasiya ödənişlərinə tabedir. Bu vəsait ordunun ehtiyaclarına gedəcək" deyə nazir bildirib. 
Parlament üzvlərinin qərarına əsasən, Bolqarıstan əvvəllər Ukraynaya döyüş sursatı, uniforma, tibbi yardım və bir sıra təchizatlar göndəriblər. 
Qeyd edək ki, "Qvozdika" 1970-ci ildə quru qoşunları tərəfindən qəbul edilmiş 122 mm-lik özüyeriyən haubitsadır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi