lider-media.az

Məktəbli formalarının qiyməti endi - AÇIQLAMA

Baxış: 464 Tarix: 3-09-2024, 13:41

 

Yeni tədris ilinin başlamasına az qalıb. Valideynlər övladlarına məktəbli ləvazimatları almaq üçün müxtəlif ticarət mərkəzlərinə, mağazalara üz tuturlar. Təəssüf ki, sentyabr ayı daxil olan kimi qiymətlər də paralel olaraq yuxarı qalxmağa başlayır.

Məsələ ilə bağlı Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov Lider-media.az-a açıqlama verib. O bildirib ki, ötən illə müqayisədə qiymətlər endirilib: “Keçən il 25 manata satılan şalvar və ətəkləri bu il valideynlər 20 manata ala biləcəklər. Köynəklərin qiyməti isə 3 manat ucuzlaşaraq 12 manata satılacaq”.  


Etibar Əzimov qiymətin enməsinin əsas səbəbi kimi xaricdən ölkəyə ixrac edilən saxta məktəbli formalarını göstərib: “Onlar ucuz qiymətə satıldığına görə valideynlər arasında çaşqınlıq yaranır. Bu halların qarşısını almaq məqsədi ilə qiymətləri dəyişib, endirdik. Həmin məhsullar bizə baha başa gəlsə də, bunu etməyə məcbur idik. Bu ticarətdir. Hər şeyi ölçüb-biçmək, ona əsasən addım atmaq lazımdır ki, məhsullar əlimizdə qalmasın”.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi